"Bavariya"nın qış transfer pəncərəsində heyətinə qatdığı ilk futbolçu bəlli olub.
Sportal.az xəbər verir ki, Münhen klubu "Hoffenhaym"ın forvardı Sandro Vaqneri transfer edib. Bu barədə klubun rəsmi məlumat yayıb. Bu keçid üçün "Bavariya" 13 milyon avrosundan keçib. Vaqnerlə 2020-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı Vaqner Almaniya yığmasının üzvüdür. Forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya - Azərbaycan (5:1) matçında millimizin qapısına bir qol vurub.
saytlarin hazirlanmasi
