Premyer Liqa klubu hücumçu transfer etdi

00:34 - 26 Dekabr 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan "Brayton" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, çempionatın debütantı Şotlandiyanın "Seltik" klubunun hücumçusu Mussa Dembeleni transfer edib. Bu keçid üçün "Seltik"ə 20 milyon avro təzminat ödənilib.

 

Qeyd edək ki, "Seltik" 21 yaşlı forvardı 2016-cı ildə "Fulhem"dən azad agent statusu ilə heyətinə qatmışdı. Fransanın U-21 millisinin üzvü "Seltik"də 68 oyuna 40 qol vurub və 12 assist edib.

Xəbər xətti