Mourinyonun yeni hədəfi

16:45 - 26 Dekabr 2017

"Mançester Yunayted" qış fasiləsində heyətini yeni futbolçu ilə gücləndirə bilər.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi hücum xəttini gücləndirmək üçün siyahı hazırlayıb. Portuqaliyalı mütəxəssis "Bordo"nun hücumçusu Malkomu komandasında görmək istəyir.

 

Premyer Liqa təmsilçisi 20 yaşlı forvard üçün 45 milyon avro verməyə hazırdı. Fransa klubu isə qış fasiləsi zamanı əsas heyət üzvünü buraxmaq istəmir və onun üçün 60 milyon tələb edir.

 

Qeyd edək ki, Malkom bu mövsüm "Bordo"nun heyətində meydana çıxdığı 18 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti