"Bursaspor" millimizin sabiq üzvünü icarəyə verdi

14:36 - 28 Dekabr 2017

Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Ozancan Kökcü Türkiyənin “Bursaspor” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçisi Ozanın Hollandiyanın ikinci liqa təmsilçisi “Valveyk”ə icarəyə verildiyini açıqlayıb. O, mövsümün sonunadək Hollandiyada çıxış edəcək.

 

Qeyd edək ki, Ozan “Bursaspor”a Hollandiyanın “Feyenoord” klubundan transfer olunmuşdu.

 

“Bursaspor”da Azərbaycanın əsas yığmasının hücumçusu Dəniz Yılmaz da çıxış edir. Onun da komandadan ayrılacağı gündəmdədir.

 

Əlavə edək ki, Ozancan Kökcü Azərbaycan yığmasında oynamaqdan imtina edib.

Xəbər xətti