"Qalatasaray" qış fasiləsində heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisi mövqeyində problemi olan "cim bom" Fransa millisinin sabiq üzvü Patris Evranı transfer etmək istəyir. Rəhbərliyin məsləhət gördüyü təcrübəli müdafiəçinin keçidi üçün başməşqçi Fatih Terim də razılıq verib.
Qeyd edək ki, azarkeşi vurduğu üçün "Marsel"dən qovulan 36 yaşlı sol cinah müdafiəçisi hazırda azad agentdi.
saytlarin hazirlanmasi
