18 yaşlı hücumçu 10,5 milyon avroya transfer edildi

16:16 - 31 Dekabr 2017

Hollandiyanın PSV klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, ölkənin köklü klubu Argentinanın "Veles Sarsfild" klubundan 18 yaşlı futbolçu Maksimilyano Romeronu transfer edib. Hollandiya klubu bu keçid üçün qarşı tərəfə 10,5 milyon avro ödəyib.

 

Romero "Veles Sarsfild"in yetirməsidir.

Xəbər xətti