"Atletiko"dan iki transfer

00:48 - 1 Yanvar 2018

İspaniyanın “Atletiko” klubunun transfer qadağası başa çatıb.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi bir müddət öncə anlaşdığı sabiq hücumçusu Dieqo Kosta və Vitolo (Viktor Maçin Peres) ilə rəsmi müqavilə bağlayıb.

 

Qeyd edək ki, Kostanın son klubu "Çelsi", Vitolonun isə "Sevilya" olub. Hər iki oyunçu İspaniya yığmasının üzvüdür.

Xəbər xətti