Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidanın oğullarından biri Enzo Zidan karyerasını İsveçrə çempionatında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Alaves" 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Enzo "Lozanna" klubunda çıxış edəcək. Bu komanda 19 turdan sonra turnir cədvəlində 5-cidir.
Gənc futbolçu ötən yay "Real"dan "Alaves"ə keçmişdi. Mövsümün ilk yarısında Bask klubunun heyətində 4 oyuna çıxan havbek ümumilikdə 155 dəqiqə meydanda olmuşdu.
saytlarin hazirlanmasi
