"Yuventus"un futbolçusu Bundesliqa klubunda

01:01 - 3 Yanvar 2018

“Yuventus”un yarımmüdafiəçisi Marko Pyaça mövsümün ikinci dövrəsini Almaniyada keçirəcək.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu “Şalke” ilə anlaşıb. “Qoca sinyora” əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı vingeri Bundesliqa təmsilçisinə 6 aylıq icarəyə verib.

 

Qeyd edək ki, Marko Pyaça 2016-cı ildə Zaqreb "Dinamo"sundan "Yuventus"a 23 milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti