Sabiq "Qəbələ"li Livan klubunda

15:15 - 3 Yanvar 2018

“Qəbələ”nin sabiq futbolçusu Teo Uiks klubunu dəyişib. 27 yaşlı oyunçu Kiprin “Ermis” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Liberiya millisinin üzvü karyerasını Livanda davam etdirəcək. O, ölkənin yüksək liqasında mübarizə aparan “Əl-Ənsər” klubu ilə münasibətlərini rəsmiləşdirib. Futbolçunun ötən gün imzalanan müqaviləsinin şərtləri açıqlanmayıb.

 

Qeyd edək ki, Uiks ötən mövsüm icarə əsasında “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi ilk oyunlarda özünü yaxşı tərəfdən göstərsə də, sonradan formasından uzaq düşüb.

Xəbər xətti