Dieqo Forlanın yeni klubu müəyyənləşdi

13:43 - 4 Yanvar 2018

Uruqvay milli komandasının sabiq üzvü Dieqo Forlanın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki,38 yaşlı forvard karyerasını Honq Konqda davam etdirəcək. O, bu ölkənin "Kitçi" klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted", "Vilyarreal"  "Atletiko" kimi klublarda çıxış etmiş Forlanın son komandası "Mumbai Siti" olub.

Xəbər xətti