"Arsenal" yunanıstanlı futbolçunu transfer etdi

00:29 - 5 Yanvar 2018

“Arsenal” qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "topçular" Yunanıstanın “PAS Giannina” klubunun müdafiəçisi Konstantinos Mavropanosu transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

 

Bu keçid London klubuna 2,3 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Yunanıstan U-21 millisinin üzvü olan gənc oyunçu bu mövsüm 16 matçda şans qazanıb və 3 qol vurub.

Xəbər xətti