“Atletiko” hücumçusu Lusiano Vyettonu icarəyə verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını “Valensiya”da davam etdirəcək. Argentinalı oyunçu 6 aylıq müqaviləyə imza atıb. “Valensiya” Vyettonu birdəfəlik transfer etmək hüququna da malikdir.
Qeyd edək ki, forvard bu mövsüm “Atletiko”nun heyətində 6 oyun keçirib.
saytlarin hazirlanmasi
