"Sabah" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun sahibi Sloveniyanın "Çelye" klubu ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqası, I təsnifat
20:00. “Sabah” - “Çelye” 2:3
Qollar: Pavol Safranko, 3, 18, (pen) - Franko Kovaçeviç, 7, 48, Darko Hrka, 90+3