"Sabah" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün Sloveniyanın "Çelye" klubu ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:
- "Çelye"ni qələbə münasibətilə təbrik edirəm. Oyuna gələn insanlara təşəkkür edirəm. Əla atmosfer yaratmışdılar. Amma əfsuslar olsun ki, evimizdə ilk oyunu uduzduq. Azarkeşlərimiz məyus ayrıldı. Futboldur, ədalətli olmasa da, planlaşdırdığımız şeylər var idi, onları həyata keçirə bilmədik. Bu matçdan dərslər çıxararaq, sonrakı matçlarda yaxşı çıxış etməliyik. Biz çox yaxşı rəqibə qarşı oynadıq. "Çelye" haqda çox az informasiyamız var idi. Çünki rəqibimiz sadəcə 1 yoldaşlıq oyunu keçirmişdi. Biz onların əvvəlki matçlarına baxanda, eyni tərzdə oynamaqlarını görəbilərik. "Çelye"nin oyun tərzinə bələd idik. Bunun qarşısını almağa çalışırdıq. Müsbət məqamlar var idi. Rəqibin cərimə meydançasına yaxın yaxşı təzyiqlər edirdik. Sonuncu ötürmələrdə, sonuncu zərbələrdə bəzən alınmadı. İkinci hissə oyunun nəzarəti bəzən bizdə, bəzən rəqibə keçirdi. Amma mövsüm irəlilədikcə, oyuna nəzarət etməyə çalışacağıq. Oyunçularım hər şeyi etdilər. Bəzən tələskənlik xeyrimizə olmadı. Sadəcə bu gün döyüşü uduzduq, müharibəni uduzmamışıq. Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var. Sloveniyaya inanaraq gedəcəyik. Orada da əlimizdən gələni edəcəyik ki, nəticəni xeyrimizə dəyişək.
- Avstriyadakı toplanışda "gözüyumlu" oyunu oynamışdınız. Komanda sanki oradan bura gözü yumlu gəlmişdi, komanda buraxılan qollarda aciz görünürdü. Sloveniyada komandanın gözünü açmaq mümkün olacaq?
- Çox çətin sualdır. Biz "Sabah"ı, Azərbaycanı təmsil edirik. Bəzən futbolda uğur sizin yanınızda olmur, istədiklərinizi həyata keçirə bilmirsiz. Amma mən daha çox oyunçularımıza hörmət etməyi tövsiyyə edərdim.
- Ədalətdən bəhs etdiniz. Albert Riera bildirdi ki, rəqibin baş məşqçisi bununla razıdır, ya yox, amma bu gün meydanda ən güclü biz idik. Razısız?
- Hər kəsin öz rəyi ola bilər. Mübahisə etmək istəməzdim. İlk oyunda qaib gəliblər. Amma birinci oyunda qələbə bəs etmir. Çünki cavab görüşü də var.
- Erkən qol planlarınızı pozdu?
- Hər iki komanda əlindən gələni edirdi. Buraxdığımız 3 qolda da öz səhvlərimiz var. Səhvlərdən dərs çıxarmalıyıq. Səfərdə asan olmayacaq.
- Albert Riera forma məsələsindən çox şikayətləndi. Sizin bununla bağlı narazılığınız var və bu məqam futbolçularınıza nə dərəcədə mənfi təsir göstərdi?
- Buna cavab vermək çətindir. Daha çox oyunçulardan soruşmaq lazımdır. Biz ev komandasıyıq, "Çelye" 2-ci formasını gətirməli idi. Amma bu cür rəng oxşarlığı nəinki avrokuboklarda, hətta daxili çempionatlarda da oynamaq düzgün deyil. Həmişə avrokuboklarda oyun günü səhərlər iclaslar olur və bu iclasda qərarlar verilir. Bunu daha çox UEFA-nın qanunlarına riayət edib, hərəkət etmək lazımdır.
- Bildirmişdiz ki, daha çox hücum futbolu oynatmağı sevən məşqçiyəm, amma bu gün daha çox əks-hücumlarda oynadınız. Təbii ki, buna rəqib də imkan verməlidir. Amma olmazdı ki, daha dominant futbol oynayasınız?
- Ən yaxşı hücum oynatmaq istəyən məşqçi də olsa, rəqibə diqqət etməlidir. Rəqib topla yaxşıdırsa, buna önəm vermək lazımdır. Biz birinci hissədə rəqibin qapısına təzyiq edirdik, topu alıb, hücum edirdik. İkinci hissədə daha çox topa nəzarət edən rəqib oldu. İkinci hissədə tez qol buraxdıq və daha önəmli oldu. Qol vurmaq istəyirdik. Ona görə belə oldu. Hücum futbolu anlayışına fərqli yanaşmaq lazımdır. Hücum futbolunda daha çox qollar önəmlidir, amma necə vura bilərsən? Elə komandalar var ki, topu saxlayaraq edir, bəziləri fərq edir. Dominant olmağa çalışırdıq. Statistikaya baxsaz, ara pasları verən daha çox biz idik, rəqibdən üstün idik. Üçüncüz zonada sonuncu toxunuşlarda dəqiqlik çatışmırdı.
- Oyunun qırılma nöqtəsi qaçırılan epizodların içində gizli idi?
- Çox qol fürsətlərimiz oldu, amma yararlana bilmədik. Amma nəzərə alın ki, ilk oyundur. Fasilədən sonra uşaqların bəziləri toplanışdan sonra fiziki cəhətdən 100 faiz hazır deyildilər. Amma potensialımız çoxdur. Son dəqiqələrdə buraxdığımız qol üzücü və ağırdır. Əlimizdən gələni edəcəyik ki, cavab görüşündə yaxşı nəticə əldə edək. Oyunun qırılma nöqtəsi buraxdığımız 3-cü qol idi.
- Hakimlər heyətinin Qazaxıstandan olması ədalətli idi? UEFA-nın qərarı ədalətli idi?
- Mən məşqçiyəm. Bu daha çox UEFA-ya yönləndiriləcək sualdır. Mən onlara hörmət edirəm, istər Qazaxıstandan oslun, istərsə də Rumıniyadan. Bu gün yaxşı iş gördülər.
- Krunoslav Renduliç, Vasili Berezutskinin də vaxtında müdafiədə problemlər var idi. Üçüncü məşqçisiz ki, müdafiədəki problemləri həll edə bilmirsiz. Bu nə ilə bağlıdır?
- Bütün keçmiş burada işləmiş məşqçilərə təşəkkür edirəm. Hər məşqçinin öz düşüncəsi olub. Vasili Berezutski çox böyük iş görüb. O, kuboku qazanmasaydı, biz Avropada olmayacaqdıq. Yəqin ki, indi çempionata hazırlaşırdıq. Hər məşqçi gələrkən özünün ideyaları ilə gəlir. Bu gün başladığımız start heyətində dördlü müdafiə xətti ilk dəfə idi birlikdə çıxış edirdi. Biz hazırda öz oyunçularımıza daha çox güvənməliyik. Onlara vaxt lazımdır ki, bir-birilərinə adaptasiya olsunlar. Bizim qarşılaşdığımız komanda "Çelye"dir. Konfrans Liqasında 1/4 finala qədər irəliləyib, "Fiorentina"ya qarşı başa-baş futbol oynayıblar. Büdcəsi yüksək rəqiblərə qarşı oynayıblar. Avropada olan oyunlar istər futbolçular, istər məşqçilər, daha çox təcrübə toplayır. Bu, sadəcə mərhələnin birinci oyunudur. Bizə daha çox güvənin, inanın.
Mirbağırağa
saytlarin hazirlanmasi