"Real" məşq zamanı baş verən insidentlə bağlı rəsmi açıqlama yayıb.
Sportal.az xəbər verir ki, klub bəyan edib ki, Federiko Valverde və Orelyen Çuameni arasında baş verən hadisələrdən sonra hər iki futbolçuya qarşı intizam işi açılıb.
Məlumata görə, məşq zamanı başlayan münaqişə soyunub-geyinmə otağında davam edib. Bu zaman Federiko Valverde yıxılaraq masaya dəyib və xəstəxanaya aparılıb, ona tikiş qoyulub. Klub hadisədən sonra təcili iclas keçirib.
"Real" bildirib ki, daxili araşdırmalar tamamlandıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi
