"Real"ın hücumçusu Kilian Mbappe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "El Nacional" məlumat yayıb.
London təmsilçisinin baş məşqisi Xabi Alonso madrid klubunda birlikdə çalışdığı Mbappeni yenidən sərəncamında görmək istəyir. "Çelsi" artıq 27 yaşlı forvardın anası ilə transfer barədə danışıq aparıb.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 41 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa millisinin üzvünün "kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi
