Onana "Mançester Yunayted"ə qayıdacaq

18:48 - 19 May 2026

Andre Onana mövsüm başa çatdıqdan sonra "Trabzonspor"dakı icarə müddətini bitirərək "Mançester Yunayted"ə qayıdacaq. Bu barədə BBC məlumat yayıb.

Sportal.az xəbər verir ki, İngiltərə, Türkiyə və Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, mankunianlılar 30 yaşlı qolkiperi komandada saxlamağı planlaşdırırlar. Bu barədə BBC televiziyası məlumat yayıb.

Onananın iyul ayında "qırmızı şeytanlar"ın yay təlim-məşq toplanışına qoşulacağı, bundan sonra isə klub rəhbərliyinin onun gələcəyi ilə bağlı yekun qərar verəcəyi gözlənilir.

​Qeyd edək ki, cari mövsümdə "Trabzonspor"un heyətində 32 matçda meydana çıxan Andre Onana 39 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti