"Roma"nın müdafiəçisi Uesley França zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, Uesley Misir ilə keçirilən yoldaşlıq oyununda (2:1) zədələnib. O, qasıq nahiyəsinin sol tərəfində ağrı hiss etdiyinə görə matçın 17-ci dəqiqəsində əvəzlənib və ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyib.
22 yaşlı futbolçuda sol bud nahiyəsinin zədəsi aşkarlanıb və buna görə o, dünya çempionatında iştirak edə bilməyəcək.
Onun əvəzinə millinin baş məşqçisi Karlo Ançelotti heyətə Edersonu çağırıb. Hazırda yarımmüdafiəçi "Atalanta"nın formasını geyinir.
saytlarin hazirlanmasi
