"Çelsi" "Everton"un futbolçusunu transfer etdi

18:15 - 5 Yanvar 2018

“Çelsi” heyətinə yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, London klubu  “Everton”un yarımmüdafiəçisi Ross Barklini transfer edib. Futbolçunun tibbi müayindən uğurla keçdiyi bildirilib. Günün sonuna yaxın transfer rəsmən açıqlanacaq.

 

"Zadəganlar" bu transfer üçün Liverpul təmsilçisinə 17 milyon funt-sterlinq ödəyəcək.

 

Qeyd edək ki, “Everton”un yetirməsi olan 24 yaşlı futbolçu İngiltərə millisinin də üzvüdür.

Xəbər xətti