"Beşiktaş"ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Everton" türkiyəli hücumçunu 28 milyon avroya transfer edib. Tosun 4.5 illik müqaviləyə qol çəkib.
"Everton" 28 milyon avronun 24 milyon avrosunu birdəfəlik ödəyəcək. 4 milyon isə performansa görə irəliləyən zamanda ödənəcək.
Türkiyə millisinin üzvünün illik əmək haqqı 4 milyon avro olacaq.
Bu transferin rəsmiləşməsi ilə 26 yaşlı forvard Türkiyənin ən bahalı futbolçusu olub.
saytlarin hazirlanmasi
