Türkiyənin "Antalyaspor" klubunda ayrılıq baş verib.
Sportal.az xəbər verir ki, komandanın yay transfer pəncərəsində "Bordo"dan heyətinə qatdığı Jeremi Menes klubla müqaviləsini ləğv edib. 30 yaşlı vinger karyerasını Meksikada davam etdirəcək. Fransa millisinin sabiq üzvü "Amerika" klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, "Monako", PSJ, "Milan", "Roma" kimi klublarda çıxış etmiş "Menes" bu mövsüm "Antalyaspor"da 7 oyun keçirmişdi.
saytlarin hazirlanmasi
