Türkiyənin "Qalatasaray" klubundan ayrılan Naycel de Yonqun yeni komandası məlum olub.
Sportal.az xəbər verir ki, hollandiyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Hollandiya millisinin sabiq üzvü "Maynts"la mövsümün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a 2016-cı ilin yayında ABŞ-ın "Los-Anceles Qalaksi" klubundan transfer olmuşdu. O, "cim bom"un heyətində meydana çıxdığı 18 qarşılaşmada 1 qol vurub.
saytlarin hazirlanmasi
