Xorvatiya millisinin sabiq üzvü Eduardo Alveş da Silvanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, Braziliya əsilli hücumçu karyerasını Polşada davam etdirəcək. 34 yaşlı forvard Varşavanın "Legiya" klubuna transfer olub.
Qeyd edək ki, Eduardo "Dinamo" (Zaqreb), "Arsenal", "Şaxtyor" (Donetsk), "Flamenqo" kimi klublarda forma geyinib. Onun son klubu Braziliyanın "Atletiko Paranaense" komandası olub.
saytlarin hazirlanmasi
