İspaniya klubu sabiq "Neftçi"lini icarəyə verdi

12:12 - 7 Yanvar 2018

"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra Juniorun yeni komandası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. Son olaraq "San Paulo"da çıxış edən oyunçu "Vitoria" klubu ilə anlaşıb. İspaniyanın "Qranada" klubuna məxsus hücumçu yeni klubunda icarə əsasında çıxış edəcək. 22 yaşlı hücumçu 1 illik sözləşməyə imza çəkib. 

 

Qeyd edək ki, Denilson 2016-cı ildə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində keçirdiyi 9 oyunda 1 qolla yadda qalıb.

Xəbər xətti