"Barselona"dan daha bir transfer

16:52 - 7 Yanvar 2018

"Liverpul"dan Filippe Koutinyonu 160 milyon avro qarşılığında heyətinə qatan "Barselona" qış transfer pəncərəsində növbəti keçidinə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Braziliyanın "Palmeyras" klubunda forma geyən Yerri Mina karyerasını "Barselona"da davam etdirəcək. "Barselona" 23 yaşlı müdafiəçini 12 milyon avroya heyətinə cəlb edəcək. Kolumbiya millisinin üzvünün transferi tezliklə rəsmi şəkildə açıqlanacaq.

 

Bu keçid baş tutduqdan sonra Xavyer Maskeranonun Çinin "Hebey Fortun" klubuna transfer rəsmiləşə bilər. "Barselona" Arda Turan və Aleş Vidalla da yolları ayrımağı düşünür.

Xəbər xətti