Belçika millisinin futbolçusu Yunanıstan klubunda

17:40 - 7 Yanvar 2018

Belçika millisinin üzvü Kevin Mirallas "Everton"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı vinger keçmiş klubu "Olimpiakos"a dönüb. Yunanıstan klubu belçikalı futbolçunu icarəyə götürüb. Müqavilənin müddəti mövsümün sonuna kimidir.

 

Qeyd edək ki, Mirallas 2012-ci ildə "Olimpiakos"dan "Everton"a 6 milyon funt-sterliqə transfer olmuşdu. O, bu müddət ərzində 151 oyun keçirib və 29 qol vurub.

Xəbər xətti