"Beşiktaş" Cenk Tosunu kanadalı hücumçu ilə əvəzlədi

13:24 - 8 Yanvar 2018

Cenk Tosunu 28 milyon avroya İngiltərənin "Everton" klubuna satan "Beşiktaş" türkiyəli forvardın boşluğunu doldurub.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" ABŞ-ın "Orlando Siti" klubunda çıxış edən Kayl Larini rənglərinə bağlayıb. İstanbul klubu MLS təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunu azad agent kimi transfer edib. Məlumatı "NTV Spor" yayıb.

 

22 yaşlı forvard mövsümün sonuna qədər 500 min avro maaş alacaq. Növbəti mövsümlərdə isə kanadalı hücumçunun illik qazancı 1,5 milyon avro olacaq. Larin tezliklə Türkiyəyə gələcək və "Beşiktaş"ın Antalyadakı təlim-məşq toplanışına qatılacaq.

 

Kayl 2017-ci ildə "Orlando Siti"nin heyətində 30 oyunda 12 qol vurub və 2 assist edib. Larin Kanada millisinin heyətində 20 oyun keçirib və 4 qol vurub.

Xəbər xətti