“Latsio” Uruqvay millisinin və "Verona"nın müdafiəçisi Martin Kaseresi transfer edib.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Paytaxt klubu 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Uruqvay millisinin üzvü olan Kaseres "Barselona", "Yuventus", "Sevilya", "Sauthempton" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi
