Məşhur futbolçu Argentina klubunda

00:30 - 12 Yanvar 2018

Paraqvay millisinin hücumçusu Lukas Barriosun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı ulduzun Braziliyanın "Qremio" klubu ilə müqaviləsi başa çatıb və o, karyerasını Argentinada davam etdirəcək. Barrios Premyer Liqa təmsilçisi "Argentinos Xuniors"la müqavilə imzalayıb.

 

Qeyd edək ki, Barrios ən yaxşı dövrünü Dortmund "Borussiya"sında keçirib (82 oyun, 39 qol). Lukas Moskva "Spartak"ında və "Monpelye"də də çıxış edib.

Xəbər xətti