Sabiq "Qəbələ"li Argentina klubunda

11:59 - 12 Yanvar 2018

"Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyranın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, argentinalı oyunçu karyerasını ölkəsində davam etdirəcək. O, "Ximnasiya" ilə anlaşıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 30 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, Pereyra 2015/16 mövsümündə "Qəbələ"də keçirdiyi 20 oyunda 5 qola imza atmışdı.

Xəbər xətti