"Zirə"dən ayrılan futbolçu İsrail klubunda

12:30 - 12 Yanvar 2018

“Zirə”dən ayrılan David Manqanın yeni klubu müəyyənləşdi.

 

Sportal.az xəbər verir ki, Azərbaycanda gözlənilən səviyyədən aşağı çıxış edən və qış fasiləsində komandadan göndərilən David Manqa İsrail Premyer Liqasına üz tutub. Hücumçu ötən mövsümü 12-ci pillədə başa vuran “Hapoel Aşkelon”la sözləşmə imzalayıb.

 

Qeyd edək ki,  28 yaşlı hücumçu 2017-ci ildən "Zirə"də çıxış edirdi. 

Xəbər xətti