PSJ qış transfer dönəmində heyətini gücləndirib

 

Sportal.az xəbər verir ki, Paris klubu yarımmüdafiəçi Lassana Diarranı heyətinə cəlb edib.

 
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu daşıyan 33 yaşlı futbolçu bu gün PSJ-də tibbi müayinədən keçib. Fransa millisinin üzvünün yeni komandası ilə 1,5 illik müqavilə imzalaması gözlənilir.
 
Qeyd edək ki, Lassana Diarra karyerası ərzində “Çelsi”, “Arsenal” və “Real” kimi nəhəng klubların formasını geyinib.