Vaqner Lav "Beşiktaş"da

19:23 - 25 Yanvar 2018

"Beşiktaş" heyətinə yeni hücumçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" "Alanyaspor"dan Vaqner Lavı transfer edib. 33 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanacaq. "Beşiktaş" braziliyalı futbolçunun transferinə görə Alanya təmsilçisinə 3 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Vaqner Lav 2017-ci ildən "Alanyaspor"da çıxış edir. O, ötən mövsüm 23 qolla Türkiyə Super Liqasının bombardiri olub. Bu mövsüm isə 10 qol vurmağı bacarıb.

Xəbər xətti