"Çelsi"nin və Fransa millisinin sabiq futbolçusu Floran Maludanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi karyerasını Lüksemburqda davam etdirəcək. Təcrübəli futbolçu bu ölkənin "Differdanj" klubu ilə müqavilə imzalayıb.
Fransa millisində 80 oyuna 9 qol vuran Maluda, "Qenqam", "Lion", "Çelsi", "Trabzonspor" və "Mets" kimi klublarda oynayıb.
Maraq üçün bildirək ki, “Differdanj” bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Zirə"yə iki oyunun nəticəsinə görə məğlub olaraq mübarizəni dayandırmışdı.
saytlarin hazirlanmasi
