"Qalatasaray" yarımmüdafiəçisi Badu Ndiaye ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, Seneqal millisinin üzvü karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 27 yaşlı yarımmüdafiəçi "Stok Siti" klubu ilə anlaşıb. Transferin detalları məlum olmasa da, İngiltərə mətbuatında yer alan xəbərlərə görə, bu keçid üçün İstanbul təmsilçisi 17 milyon avro təzminat alacaq. Bu isə "Qalatasaray"ın klub tarixində satdığı ən bahalı futbolçu olacaq.
Qeyd edək ki, Ndiaye ötən yay "Osmanlıspor"dan 7,5 milyon avroya transfer edilmişdi. Seneqallı futbolçu bu mövsüm Super Liqada 17 oyuna 1 qol vurub və 3 assist edib.
saytlarin hazirlanmasi
