“Mançester Siti” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, “şəhərlilər” İspaniya “Atletik”inin mərkəz müdafiəçisi Emerik Laporteni heyətinə cəlb edib. “Şəhərlilər”in 23 yaşlı futbolçunun transferi üçün Bilbao təmsilçisinə 65 milyon avro ödəyib.
Qeyd edək ki, fransız futbolçu "Atletik"in yetirməsidir. Gənc müdafiəçi bu mövsüm La Liqa təmsilçisinin heyətində 19 qarşılaşmada meydana çıxıb.
saytlarin hazirlanmasi
