İngiltərənin "Çelsi" klubu müdafiə xəttini gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Roma"nın sol cinah müdafiəçisi Emerson Palmierini rənglərinə bağlayıb. Brazilyalı futbolçu ilə 4,5 illik müqavilə bağlanılıb. "Zadəganlar" 23 yaşlı futbolçunun keçidi üçün 20 milyon avrosundan keçib. Müqavilənin detallarında 8 milyon avroluq bonus da yer alıb.
Qeyd edək ki, Emerson 2015-ci ildə "Santos"dan 2 milyon avro qarşılığında transfer edilmişdi.
saytlarin hazirlanmasi
