13 il sonra "yuvaya" döndü

11:29 - 31 Yanvar 2018

Braziliya millisinin sabiq qolkiperi Julio Sezarın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı "çərçivə qoruyucusu" karyerasını vətənində davam etdirəcək. Sezar yetirməsi olduğu A Seriya təmsilçisi "Flamenqo" ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Julio Sezar 2005-ci ildə "Flamenqo"dan ayrılaraq İtaliyanın "Kyevo" klubuna, daha sonra isə "İnter"ə transfer olmuşdu. Təcrübəli əlcək sahibi karyerasının ən gözəl dövrünü məhz Milan təmsilçisində keçirib. Onun son klubu Portuqaliyanın "Benfika" komandası olub.

Xəbər xətti