Samuel Etonun transferi rəsmən açıqlandı

12:50 - 31 Yanvar 2018

"Antalyaspor" ulduz futbolçusu Samuel Eto ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, kamerunlu forvard karyerasını Türkiyənin digər klubunda davam etdirəcək. 36 yaşlı hücumçu Super Liqa təmsilçisi "Konyaspor"a transfer olunub. Tərəflər arasında 2,5 illik saziş bağlanılıb.

 

Qeyd edək ki, Eto "Antalyaspor"a 2015-ci ildə "Sampdoria"dan keçmişdi. Kamerun millisinin sabiq üzvü "Real" Madrid, "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton" kimi klublarda çıxış edib.

Xəbər xətti