"Qalatasaray"da yaponiyalı futbolçu

13:30 - 31 Yanvar 2018

"Qalatasaray" müdafiə xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "İnter" klubundan yaponiyalı futbolçusu Yuto Naqatomonu qatıb. 31 yaşlı sol cinah müdafiəçisi "Qalatasaray"da icarə əsasında top qovacaq. Transferin detallarına əsasən, "sarı-qırmızılar" Yaponiya millisinin üzvünü satın alma şərtiylə 6 milyon avroya birdəfəlik heyətinə qata bilər.

 

Qeyd edək ki, Naqatomo 2011-ci ildən "İnter"də çıxış edir.

Xəbər xətti