"Mançester Yunayted"də yeni müqavilə

15:26 - 31 Yanvar 2018

İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, komandanın ispaniyalı yarımmüdafiəçisi Xuan Matayla yeni sözləşmə imzalanıb. 29 yaşlı futbolçu 2019-cu ilə qədər davam edən yeni müqaviləyə qol çəkib.

 

İspaniya millisinin üzvü 2014-cü ildən "Çelsi"dən "Mançester Yunayted"ə 46 milyon avroya transfer edilib. Mata bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 26 oyuna 3 qol vurub və 4 assist edib.

Xəbər xətti