"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilmisi "Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanqı transfer edib. Bu barədə "Arsenal"ın rəsmi saytı məlumat yayıb. 28 yaşlı forvardla müqavilənin detalları haqda açıqlama verilməyib.
İngiltərə mətbuatının yazdığına görə, "topçular" bu transfer üçün Bundes Liqa klubnuna 63,5 milyon avro ödəyəcək. Bu isə klub tarixinin ən bahalı transferidi.
Qeyd edək ki, Qabon millisinin üzvü olan Obameyanq 2013-cü ildən "Borussiya"da çıxış edirdi. O, Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 213 qarşılaşmada 172 qol vurub.
saytlarin hazirlanmasi
