"Çelsi" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "zadəganlar" "Arsenal"ın forvardı Olivier Jirunu transfer edib. Fransız forvardla 2,5 illik müqavilə imzalanacaq. "Çelsi" bu transfer üçün "topçular"a 18,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Jiru 2012-ci ildən "Arsenal"da çıxış edirdi. 31 yaşlı hücumçu London klubunun heyətində meydana çıxdığı 180 oyunda 73 qol vurub.
saytlarin hazirlanmasi
