Demba Ba Türkiyəyə döndü

00:45 - 1 Fevral 2018

Türkiyənin "Göztəpə" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı futbolçu Demba Banı rənglərinə bağlayıb. 32 yaşlı forvardla mövsümün sonuna kimi müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni klubunda 19 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, Ba son olaraq Çinin "Şanxay Şenhua" komandasıda oynayıb. O, 2014/15 və 2017-ci illərdə "Beşiktaş"ın şərəfini qoruyub.

 

Image may contain: one or more people

Xəbər xətti