Emenike La Liqa klubunda

13:33 - 1 Fevral 2018

Yunanıstanın "Olimpiakos" klubu hücumçusu Emmanuel Emenikeni icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Nigeriya millisinin sabiq üzvü karyerasını İspaniyada davam etdirəcək. 30 yaşlı forvard autsayder "Las Palmas"la anlaşıb. Hücumçu La Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Olimpiakos, Emenikeni ötən il "Fənərbaxça"dan 3,8 milyon avroya transfer etmişdi.

Xəbər xətti