Remi İspaniyada klubunu dəyişdi

18:05 - 1 Fevral 2018

İspaniyanın "Las Palmas" klubu Fransa millisinin üzvü Loik Remini icarəyə verib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi ilə problem yaşayan forvard La Liqanın digər klubu "Hetafe"yə keçib. O, Madrid klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Remi ötən il "Çelsi"dən "Las Palmas"a transfer olmuşdu.

Xəbər xətti