“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, Hollandiyanın "Utrext" klubuna keçidi baş tutmayan isveçli hücumçu karyerasını ABŞ-da davam etdirəcək. İtaliya A seriyasında autsayder “Benevento”da çıxış edən forvard MLS-də çıxış edən “Portlend Timbers” klubuna icarəyə verilib. 27 yaşlı forvard mövsümün sonuna kimi okeanın o tayında top qovacaq.
Xatırladaq ki, Armenteros 2015/16 mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qola imza atmışdı. “Qarabağ”dan ayrıldıqdan sonra Hollandiya Erediviziya təmsilçisi “Herakles”lə anlaşan Armenteros, ötən mövsümdə meydana çıxdığı 33 oyunda 22 qol vurub və İsveç millisinə də dəvət alıb. Bu mövsümün ilk yarısı Armenteros üçün uğurlu alınmayıb.
saytlarin hazirlanmasi
