Hollandiya millisinin sabiq futbolçusu Qreqori Van der Vilin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını MLS-də davam etdirəcək. Sağ cinah müdafiəçisi son MLS çempionu “Toronto” ilə müqavilə bağlayıb.
Son klubu "Kalyari" olan futbolçu İtaliya A seriyasında 5 oyunda forma şansı qazanıb. "Ayaks" yetirməsi olan Van der Vil PSJ və "Fənərbaxça"da da çıxış edib.
saytlarin hazirlanmasi
