"Qəbələ"nin sabiq futbolçusu Ruslan Fominin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Ukraynanı Çempionlar Liqasında təmsil edən “Şaxtyor”a keçib. Müqavilənin detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"yə 2015-ci ilin qış transfer pəncərəsində keçmişdi. Ukraynalı futbolçu 16 oyuna qol vura bilməmişdi. Ruslan 2005/11-ci illərdə də "Şaxtyor"da çıxış edib.
saytlarin hazirlanmasi
